Burada axtar

XƏBƏRLƏR

Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən 2022-ci il ərzində görülmüş işlər haqqında hesabat

                                                                            Qala bələdiyyəsinin 02 saylı, 16.01.2023-cü il

                                                                           tarixli iclasının qərarı ilə təstiq olunmuşdur.

 

 

Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən

2022-ci ildə görülmüş işlər, maliyyə vəsaitlərinin

və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında

 

HESABATI

 

Hesabat dövründə hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş  məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri olmuşdur.

Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən  19 bələdiyyə üzvlərinin iclası keçirilərək həmin iclaslarda müxtəlif məsələlər müzakirə olunmaqla hər biri haqqında müvafiq qaydada qanunvericiliyə uyğun 101 qərar qəbul edilmiş və icra olunmuşdur.

 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq iclas protokolları Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar Qala bələdiyyəsi də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olmuş, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

2022-ci il xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COVİD-19 pandemiyasının hazırda yaşanmaqdadır. Qala bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COVİD-19 xəstəliyi əleyhinə 2022-2023-cü illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

2022-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələr də çoxdur. Qarşıdan gələn Yeni Təqvim ili 2023-cü il Heydər Əliyev  ili elan edilmişdir. 

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşdirilib, onlara uyğun xərclər nəzərdə tutulub.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanıb.

Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilib, yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilib.

Vergilərin ödənilməsindən yayınanlara qarşı tərəfimizdən xəbərdarlıq tədbiri görməklə 106 nəfərdən 98 nəfəri vergiyə cəlb olunmuşdur.

Ödənilmiş vergilər və  rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində  2753  ev təsərrüfatı və  58  təsərrüfat subyektləri mövcuddur.

Göstərilən  2805 vergi ödəyiciləridən hesabat dövründə  481  ödəyici vergiyə cəlb olunmuşdur ki, bunlardan  33   nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülərdir,  29  nəfəri isə əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olanlardır.

2022-ci il ərzində bələdiyyə büdcəsinə 71471 manat  gəlir daxil olmuş, xərclər 70474 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan torpaq vergisindən – 24739 manat, əmlak vergisindən -41732 manat, dotasiyadan – 5000 manat daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına -29969 manat, DSMF -7994 manat, bələdiyyənin saxlanmasına -3324 manat, sosial yardımlar üzrə ödənişlər -2555 manat, abadlıq, quruculuq təmir işlərinə -15321manat, kütləvi tədbirlərin keçirilməsinə - 5165 manat xərclənmişdir.

Qəsəbədə bir çox abadlıq işləri aparmaqla yanaşı Binə südçülük sovxozu ərazisində yeni tikilmiş 1400 nəfərlik məktəbə gələn magistral yoldan 3.5 km olan yolun sağ və sol tərəfindəki qalaqlanmış bərk məişət tullantıları təmizlənmiş və  Qala-Zığ beton yolunun Qala qəsəbəsindən keçən hissəsində və Qala-Mərdəkan yolunun kənarında qalaqlanmış bərk məişət tullantıları tərəfimizdən texnika vasitəsilə yığılıb maşınla təyin olunmuş yerə daşınmışdır. Məktəb ətrafındakı 12 hektar boş sahədə təmizlik işləri aparılmış,  məktəbə gedən yolun kənarındakı və məktəbin 3 metr hündürlükdə 200 metr uzunluğda olan hasarlar əhəng və okra ilə rənglənmişdir. Həmin məktəb yolunun kənarındakı mazutla çirklənmiş torpaq qatı texnika vasitəsilə yığılaraq təyin olunmuş yerə daşınmışdır.

Yanğın təhlükəsizliyin təmin edilməsi məqsədilə yaz-yay mövsümündə ərazi məişət tullantılarından, quru otlardan və digər tez alışabilən tullantılardan təmizlənərək səliqə səhman yaradılmış, yaşayış ərazilərindən qrunt suları nasos vasitəsilə sovrulmuşdur.

        Xaşa-xuna bağ 40D ünvanında yaşayan Vətən müharibəsi qazisi Hüseynov Rövşən Emin oğlunun yaşadığı evin dam örtüyü təmir edilmişdir.

        Vətən müharibəsi şəhidlərinin xatirə abidəsinin üzərindəlki qopmuş hərflər və bayraq bərpa edilmiş və əlavə 7 şəhidin şəkili hazırlanaraq abidədə yerləşdirilmişdir.

        Qəsəbənin Dəmiryol küçəsində və Bakavtomat zavodunun yaxınlığındakı yaşayış ərazisindən qrunt sularının sovrulması üçün işlədilən su nasosları  təmir edilmişdir.

Qala-Pirallahı-Şüvəlan-Türkan dairəsində Yeni il yolkası quraşdırılıb işıq və müxtəlif oyuncaqlarla bəzədilmişdir.

Qala bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, hesabat dövründə vətəndaşlardan yazılı və şifahi 240 müraciət qeydə alınmışdır ki, həmin müraciətlər tərəfimizdən qanunvericiliyə uyğun vaxtında icra edilərək cavablandırılmışdır. Bundan əlavə bələdiyyəyə müxtəlif idarə və təşkilatlardan 2022-ci il ərzində 137-məktub daxil,140-məktub isə xaric olunmuşdur.

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş məktublar, müraciətlər, sərəncamlar və digər sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə “qaynar xətt” (telefon 459-77-90 ) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər rəhbərliyə çatdırılır və tərəfimizdən həllinə müvafiq tədbirlər görülür.

20 Yanvar” faciəsinin 32-ci ildönümü və şəhid Yaqubzadə Yaqub Eldəniz oğlu və İbrahimli Adil Asəm oğlunun doğum günü ilə əlaqədar bələdiyyə üzvləri və qulluqçuları tərəfindən Şəhidlər Xiyabanını 2-ci Vətən Müharibəsi şəhidləri ziyarət edilərək məzarları üzərinə gül və bələdiyyə adından xatirə əklili qoyulmuşdur.

“27 sentyabr “ Anım günü münasibətilə Qala qəsəbəsindən olan Vətən Müharibəsi şəhidləri Yaqubzadə Yaqub Eldəniz oğlu, Qasımov Ramiz Vaqif oğlu  və Cabbarov Şahgündüz Habil oğlunun vəfatlarının 2-ci ildönümü ilə əlaqədar bələdiyyə üzvləri və işçiləri tərəfindən məzarları ziyarət olunaraq üzərinə qızılgül qoyulmuşdur.

8 noyabr “Zəfər günü”ndə Şəhidlərin Xatirə abidəsi önündə anım mərasimi təşkil olunmuş Qala bələdiyyəsi adından əklil qoyulmuşdur. Bundan əlavə Zəfər günü 2-ci Fəxri xiyabanda dəfn olunmuş vətən mühartibəsi şəhidləri İbrahimli Adil Asəm oğlu və Əliyev Asiman Vaqif oğlunun məzarları da ziyarət olunmuş və Qala bələdiyyəsi adəndan əklil qoyulmuşdur.

Bələdiyyənin  sosial müdafiə proqramına  uyğun olaraq Novruz bayramı münasibətilə qəsəbədəki 15 şəhid ailəsi ziyarət edilərək onların hər birinə 60 manat dəyərində Novruz sovqatı verilmişdir .Bundan başqa qəsəbənin 95 aztəminatlı ailəsinə qurban payı verilmişdir. Vətən Müharibəsi əlilləri Fərhadov Cavid Mövlud oğlu və Hacıyev Nurlan Kamran oğluna hər birinin dəyəri 120 manat olan ərzaq sovqatı verilmişdir. Vətən müharibəsi şəhidi Təhməzov Rəşad Qərib oğlunun ailəsinə 135 manat dəyərində olan ərzaq sovqatı verilmişdir.

Bundan əlavə  Qala qəsəbə sakinləri Mehdiyev Şahlar Ocaqqulu oğluna 50(əlli) manat , Orucov Nurlan Mübariz oğluna 100(yüz) manat, Hüseynov Məmmədnur Məlikməmməd oğlu 100(yüz) manat, Hacıyeva Gülşən Türyan qızına 50(əlli) manat, Məmmədova Aytən Misir qızına 50(əlli) manat, İmanov Səyyad Teymur oğluna 100(yüz) manat , Səmədova Hürü Ağaxan qızına 50( əlli) manat,  Alxasov Ağasif Əbdül oğluna 50(əlli) manat, Əsədov Əmrah Bahadur oğluna 100( yüz) manat və  Hüseynov İlham Vahab oğluna 100(yüz) manat məbləğində maliyyə dəstəyi göstərilmişdir.

              Bundan əlavə tərəfimizdən Azərbaycan Respublikası Əlil Körpələrə yardım ictimai birliyinə 50(əlli) manat  və Azərbaycan Uşaq Fonduna 30(otuz) manat məbləğində maliyyə dəstəyi göstərilmişdir.

Bələdiyyənin mədəni müdafiə proqramına uyğun olaraq Qala bələdiyyəsi “8 mart” Qadınlar bayramı günü ilə əlaqədar tədbir keçirmiş və bələdiyyənin 3 qadın işçisinə pul mükafatı verilmişdir. Bundan başqa  vergi müfəttişi Ə.H.Niftalıyev əmək funksiyasını layiqincə yerinə yetirdiyinə görə mükafatlandırılmışldır.

Xəzər rayon Qala bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və s. vasitəsilə çatdırır.