Burada axtar

Bələdiyyə Üzləri

Məhərrəmov Bəxtiyar Qəzənfər oğlu – 29.06.1981-ci ildə Naxçıvan şəhərində anadan olub. 1988-1998-ci illərdə orta məktəbdə oxuyub. 1998-2002-ci illərdə Azərbaycan Texniki Universtetində təhsil almaqlaTribotexnika ixtisasına yiyələnib. 2002-2003-cü illərdə həqiqi hərbi xidmətdə qulluq edib. 2009-cu ildə əmək fəaliyyətinə başlamaqla, hal-hazırda “Sumqayıt Texnologiyalar Parkı” MMC şirkətində generatorların servisi və təmiri sahəsinin rəisi vəzifəsində çalışır. 23.12.2014-cü və 23.12.2019-cu illərdə bələdiyyə seçkilərində qalib gəlməklə “Yerli büdcə, Yerli sosial və Yerli iqtisadi inkişaf” məsələləri üzrə DK-nın sədri seçilib. YAP-ın üzvüdür. Ailəlidir, 3 övladı var.

 

Cəlilova Kəmalə Famil qızı – 23.01.1965-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1982-ci illərdə orta məktəbdə oxuyub. 1982-1987-ci illərdə Beynəlxalq Xarici Dillər Universitetində təhsil almaqla, “ingilis dili müəllimi” ixtisasına yiyələnib. 1987-ci ildən əmək fəaliyyətinə başlamaqla hal-hazırda Qala qəsəbəsindəki 185 saylı məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışır. 23.12.2019-cu il bələdiyyə seçkilərində qalib olmaqla “Yerli büdcə, Yerli sosial və Yerli iqtisadi inkişaf” məsələləri üzrə DK-nın üzvüdür. YAP-ın üzvüdür. Ailəlidir, 2 övladı var.

 

Allahyarova Lamiyə Fərəməz qızı – 01.08.1971-ci Gürcüstanın Marneuli rayonunda anadan olub.1978-1989-cu illərdə orta məktəbdə oxuyub. 1992-1996-cı illərdə Bakı Dövlət Universitetində təhsil almaqla, tarix müəllimi ixtisasına yiyələnib. 1996-cı ildən əmək fəaliyyətinə başlamaqla hal-hazırda Qala qəsəbəsindəki 185 saylı məktəbdə tarix müəllimi kimi çalışır. 23.12.2019-ildə keçirilən bələdiyyə seçkilərində iştirak etməklə qalib olmuş və 19.02.2020-ci tarixdən bələdiyyənin “Yerli büdcə, Yerli sosial və Yerli iqtisadi inkişaf” məsələləri üzrə DK-nın üzvü seçilib. YAP-ın üzvüdür. Ailəlidir, 2 övladı var.

 

İskəndərli Ülvi Mahir oğlu – 08.01.1992-ci ildə Bakı şəhərində anadan olub. 1999-2010-cu illərdə orta məktəbdə oxuyub. 2010-2015-ci illərdə Türkiyə Mersin Universitetində təhsil almaqla, kompyuter proqramçısı ixtisasına yiyələnib. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə qulluq edib. 2016-cı ildən əmək fəaliyyətinə başlamaqla hal-hazırda “Türkan Aqro” müəssisəsində kadr üzrə mütəxəssis vəzifəsində çalışır. 23.12.2019-cu ildə keçirilən bələdiyyə seçkilərində qalib gəlməklə 19.02.2020-ci il tarixindən bələdiyyənin “Yerli büdcə, Yerli sosial və Yerli iqtisadi inkişaf” məsələləri üzrə DK-nın üzvü seçilib. Heç bir siyasi partiyanın üzvü deyildir. Ailə vəziyyəti subaydır.

 

Hacıyev Elman Elxan oğlu – 20.07.1992-ci il tarixdə Bakı şəhərində anadan olub. 1998-2009-cu illərdə Qala qəsəbəsindəki 185 saylı orta məktəbdə oxuyub. 2009-2013-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almaqla elektrik mühəndisliyi ixtisasına yiyələnib. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə qulluq edib. 2014-cü ilin sentyabr ayından Heydər Əliyev adına Beynəlxaq Hava Limanında mühafizəçi işləməklə əmək fəaliyyətinə başlayıb. 23.12.2014-cü və 23.12.2019-cu illərdə bələdiyyə seçkilərində qalib gəlməklə “Yerli büdcə, Yerli sosial və Yerli iqtisadi inkişaf” məsələləri üzrə DK-nın üzvü seçilmişdir. YAP-ın üzvüdür. Ailəlidir, 1 övladı var.

 

Osmanova Məlahət Əbdülməbud qızı – 27.08.1965-ci ildə Bakı şəhərində anadan olub. 1972-1982-ci illərdə Mərdəkan qəsəbəsindəki 181 saylı orta məktəbdə oxuyub. 1983-1988-ci illərdə Bakı Dövlət İnstitutunda təhsil almaqla tarixçi və tarix-ictimaiyyət müəllimi ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Qəbələ rayonunda Qaradeyn kənd məktəbində tarix müəllimi işləməklə başalyıb. Hal-hazırda Qala qəsəbəsindəki 92 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. 23.12.2014-cü və 23.12.2019-cu illərdə bələdiyyə seçkilərində qalib gəlməklə bələdiyyə üzvlərinin iclasının katibidir. YAP-ın üzvüdür. Ailəlidir, 3 övladı var.

 

Novruzov Sahib Heydər oğlu – 11.03.1996-cı ildə Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə Qala qəsəbəsindəki 185 saylı orta məktəbdə oxuyub. 2013-2017-ci illərdə Milli Aviasiya Akademiyasında təhsil almaqla, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına yiyələnib. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə qulluq edib. 2018-ci ildən əmək fəaliyyətinə başlayaraq “Modeniz qrup”da hesabdar vəzifəsində çalışır. Heç bir siyasi partiyanın üzvü deyildir. Ailə vəziyyəti subaydır.

 

Məmmədova Gülsümxanım Elşən qızı – 29.08.1993-cü ildə Bakı şəhərində anadan olub. 2000-2011-cü illərdə Qala qəsəbəsindəki 185 saylı orta məktəbdə oxuyub. 2012-2016-cı illərdə “Bakı Qızlar Universitetində təhsil almaqla Təhsildə sosial psixoloji xidmət ixtisasına yiyələnib. 2018-ci ildən əmək fəaliyyətinə başlayaraq GLDP tədris mərkəzində dil proqramları üzrə menecer işində çalışır. YAP-ın üzvüdür. Ailə vəziyyəti subaydır.

 

Əliyev Arzuman Zakir oğlu – 05.02.1978-ci ildə anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili fakultəsini bitirib. 23.12.2019-cu ildə keçirilən bələdiyyə seçkilərində qalib gəlməklə bələdiyyə üzvü seçilmişdir.